Mərakeşdə hazırda 6 048 məscid enerjiqoruyucu texnologiyalarla təchiz edilib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Mərakeşin İslam İşləri üzrə Nazirliyi məlumat verib.

Həmin məscidlərdən də 1 mini “yaşıl” kimi səciyyələndirilir. Bu, o deməkdir ki, sözügedən ibadətgahlar enerjiyə qənaət üçün 3 növ texnologiyadan istifadə edir – enerjiqoruyucu lampalar, günəş enerjisi əsasında çalışan su isidiciləri və fotoelektik (günəş enerjisi) panelləri.

2023-cü ilin sonunadək enerjinin qorunması üzrə proqrama daha 1 980 məscid də əlavə ediləcək.

Maraqlıdır ki, ölkədəki məscidlərdə “yaşıl” energetikanın tətbiqi üzrə proqram 2014-cü ildən bəri reallaşdırılır.

İslam313.info