Nəcəf şəhərinin ətrafında tikinti məqsədilə qazıntı aparılarkən bir kütləvi məzarlıq tapılıb.

İslam313.info “Salamnews” a istinadla xəbər verir ki, bu barədə Nəcəf əyalətinin “Şəhidlər müəssisəsi” bəyanat verib.

Bildirilib ki, şəhərin ətrafında tikinti aparılan bir ərazidə içində azı 11 cənazənin olduğu təxmin edilən kütləvi məzarlıq aşkar edilib.

Qeyd edilib ki, bu kütləvi məzarlıqda olan cəsədlər 1991-ci ildə İraqın mərkəz və cənub əyalətlərində sabiq rejimə qarşı baş qaldırmış “Şabaniyyə qiyamı”nda qətlə yetirilənlərə aiddir.

Statistikalara görə bir neçə ay çəkən bu qiyam zamanı təkcə şiələrin bölgəsində 90 min insan sabiq rejimin qüvvələri tərəfindən öldürülüb.

İslam313.info