Türkiyədə 2021-ci ildə 1 milyon 47 min 975 uşaq anadan olub.


İslam313.info Rasthaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Əhalinin İşləri və Vətəndaşlıq üzrə Baş İdarədən məlumat verilib.
Qeyd edilib ki, 2021-ci ildə Türkiyədə oğlan uşaqlarına ən çox verilən ad “Yusif” olub – 7 134, qız uşaqlarına ən çox verilən ad isə “Zeynəb” olub – 10 130.