Rusiyanın “Ural Airlines” şirkəti Azərbaycana uçuşları yenidən dayandırıb.

İslam313.info xəbər verir ki, şirkət martın 8-dən 26-dək Azərbaycana – Bakı, Gəncə və Lənkərana uçuşları dayandırıb.

“Ural Airlines” martın 5-də Azərbaycan, BƏƏ, İsrail və Ermənistana uçuşları ləğv etməsi barədə məlumat yaymışdı. Lakin sonradan Azərbaycan istiqamətində marşrutlar bərpa edildi. İndi Rusiyanın şəhərlərindən Azərbaycana birbaşa reyslər yenidən dayandırılıb.

İslam313.info