Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin Rusiyada, o cümlədən KİV-də, internetdə, reklamda, ədəbiyyat və kinoda təbliğinin qadağan edilməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Dumanın 400 deputatı, o cümlədən spiker Vyaçeslav Volodin LGBT təbliğatının qadağan edilməsi ilə bağlı qanun layihəsinin müəllifləridir.
Qanun qeyri-cinsi münasibətlərin, pedofiliyanın, o cümlədən LGBT haqqında məlumatın yayılmasına qadağanı əhatə edir. Bundan başqa, gənclər arasında cinsiyyətin dəyişdirilməsinə dair internet, KİV, kitablar, audiovizual xidmətlər, kino və reklam üzərindən çağırışlara da qadağa qoyulub.
Yeni qanun uşaqların LGBT haqqında məlumatları əldə etməsi ilə bağlı məhdudiyyətlər də gətirəcək.

İslam313.info