Səudiyyə Ərəbistanının Ali Məhkəməsi uzun illər Səudiyyə həbsxanalarında siyasi məhbus olan iki bəhreynli gəncin edam hökmünü təsdiqləyib.

İslam313.info “Az.rasthaber.com” a  istinadən xəbər verir ki, Səudiyyə Apellyasiya Məhkəməsi 2022-ci il yanvarın 11-də ölüm hökmlərini təsdiqləmiş və yekun qərarı verəcək yüksək məhkəməyə təqdim etmişdi. 2015-ci ilin may ayında Səudiyyə iki gənci – Sadik Mecid Samer və Cəfər Muhamməd Sultanı partlayıcı maddə qaçaqmalçılığı ittihamı ilə həbs edərək onlara ölüm hökmü çıxarıb.

Heç bir sübut olmadan, partlayıcı materialların daşınması və saxlanması ittihamı ilə saxlanılan iki bəhreynli gənc həmin vaxt 115 gün ərzində müxtəlif fiziki və psixoloji işgəncələrə məruz qalıb.

Dindirilmə zamanı Səudiyyə rəsmiləri vəkillərin Cəfər və Sadiqlə görüşməsinə icazə verməyib.

Məhkəməyə hazırlaşmaq üçün kifayət qədər vaxt verilməyən vəkillərə iki gəncin təqsirsizliyinə dair sübut təqdim etmək imkanı verilməyib.

Bəhreyn müxalifətinin aparıcı təşkilatlarından biri olan Vəfa Hərəkatı Səudiyyə Ərəbistanına qərarın nəticələri ilə bağlı xəbərdarlıq edib və Ər-Riyad rəhbərliyinə xəbərdarlıq edib ki, “Onlar Bəhreyn xalqının gənclərinin soyuqqanlı şəkildə öldürülməsi siyasətlərinə susmayacaqlar”.

İslam313.info