Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanının Yəmənə hücumu və 14 əyaləti tam mühasirədə saxlaması nəticəsində yaranan iqtisadi çöküş nəticəsində milyonlarla yəmənlinin aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edərək, “təcili tədbirlərin görülməsinə” çağırıb.

Yəmənin paytaxtı Səna şəhərində yerləşən insan hüquqları üzrə “Eynul-İnsaniyyə” (İnsanlığın Gözü) adlı mərkəz Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın ölkəyə hücumunun qurbanlarının sayını açıqlayıb və bombardmanların Yəmən infrastrukturuna və iqtisadiyyatına mənfi təsirləri ilə bağlı statistikanı yayımlayıb.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, Yəmənin paytaxtı Sənada yerləşən “Eynul-İnsaniyyə” Hüquq və İnkişaf Mərkəzi Yəmənə təcavüzün 7 ili ərzində Səudiyyə koalisiyasının birbaşa bombardmanları nəticəsində ölən və yaralanan mülki əhalinin sayının 46,262 nəfər olduğunu açıqlayıb.

Bildirilib ki, ölənlərin 4017-si uşaq, 2434-ü qadın, 11.283-ü kişi olmaqla ümumilikdə 17.734 şəhid və yaralananların 4.586-sı uşaq, 2.911-i qadın, 10.032-si kişi olmaqla ümumilikdə 28.528 yaralı var.

Adıçəkilən Mərkəz kçeirilən mətbuat konfransında bildirib ki, “təcavüz nəticəsində 12 minə yaxın infrastruktur, o cümlədən 15 hava limanı, 16 liman, 340 stansiya və elektrik qovşağı, 2091 dövlət obyekti, 6,734 yol və körpü, 609 şəbəkə və rabitə stansiyası sıradan çıxıb.

Burada 590 min ev, 182 universitet, 1,612 məscid, 410 xəstəxana və səhiyyə müəssisəsi, 1,214 məktəb və institut, 139 uşaq bağçası, 253 tarixi və arxeoloji mərkəz və 19 mədəni sahəyə aid obyekt daxil olmaqla, dağıdılmış ictimai-iyaşə və xidmət obyektlərinin sayının 600 minə yaxın olduğu diqqətə çatdırılıb.

Mərkəz qeyd edib ki, Səudiyyə Ərəbistanının 2015-ci ilin mart ayının sonlarında başlayan hücumu nəticəsində 404 fabrik, 378 yanacaq tankeri, 11 min mağaza və dükan, 9770 nəqliyyat vasitəsi, 999 sırf ərzaq mağazası, 416 yanacaqdoldurma məntəqəsi, 696 ticarət mərkəzi və bazarı, 433 ferma, 482 balıqçı gəmisi və 965 ərzaq daşıyan maşınlar da daxil olmaqla ümumilikdə 26 minə yaxın iqtisadi obyekt sıradan çıxıb.  

Həmçinin paytaxt Sənadakı Uşaq və Qadın Hüquqları üzrə “Entisaf” Təşkilatı, Səudiyyə Ərəbistanı koalisiyasının tətbiq etdiyi mühasirənin, hər iki saatda 6 uşaq olmaqla ümumilikdə 100.000 yeni doğulmuş uşağın itkisinə səbəb olduğunu bildirib. Bu rəqəm, ölüm riski altında olan 3000 xərçəngə yoluxmuş uşaqdan əlavədir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanının Yəmənə hücumu və 14 əyaləti tam mühasirədə saxlaması nəticəsində yaranan iqtisadi çöküş nəticəsində milyonlarla yəmənlinin aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edərək, “təcili tədbirlərin görülməsinə” çağırıb. Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) Yəməndəki missiyası vasitəsilə Tvitter hesabında bildirib: “İqtisadi çöküşün Yəməndəki humanitar böhrana təsirini qiymətləndirmək mümkün deyil. Təcili tədbirlər görülməsə, milyonlarla insan aclığa sürüklənə bilər”.

İslam313.info