Somalidə terror aktı törədilib.

İslam313.info “Report”a istinadən xəbər verir ki, partlayış Aşağı Şabelle əyalətində baş verib.

Terrorçular partlayıcı qurğunu hərbçilərin yaxınlığında işə salıblar.

Hadisə nəticəsində 5 nəfərin öldüyü bildirilir. Daha iki nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror qruplaşması üzərinə götürüb.

İslam313.info