Az.shafaqna.com “Anadolu”-ya istinadən xəbər verir ki, Ankarada anti-terror əməliyyatı keçirilib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) və Ankara Təhlükəsizlik İdarəsinin terrorla mübarizə bölməsinin birgə keçirdiyi əməliyyat zamanı İŞİD-lə əlaqədə olmaqda şübhəli bilinən 23 şəxs saxlanılıb.

Daha 7 nəfərin axtarışları isə davam etdirilir.

Xüsusi xidmət orqanlarının məlumatına görə, şübhəlilər müxtəlif illərdə münaqişə zonalarında terror fəaliyyətində iştirak ediblər.

İslam313.info