Yəmənin Ədən şəhərində törədilən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb.

İslam313.info ” Az.rasthaber.com” a istinadən xəbər verir ki, Yəmənin cənubunda Ədən şəhərində Əl-Şeyx Osman bazarında baş verən partlayışda biri uşaq olmaqla 5 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Partlayışın şəhərin şimalında qurulan balıq bazarı yaxınlığındakı zibilliyə qoyulan partlayıcının işə düşməsi nəticəsində baş verdiyi bildirilib.

İslam313.info