İslam313.info Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahı autizm xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün Yaxın Şərqdə böyüklüyü və imkanlarına görə 4-cü, İraqda isə ən böyük xəstəxanasını inşa etdirir.

Xəstəxana kompleksi Kərbəla və Bağdadı birləşdirən yolda inşa edilməkdədir.

Xəstəxananın inşası böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayinin nəzarəti və himayəsi altındadır.

Çoxmərtəbəli xəstəxana 9000 kv metrdən ibarət olmaqla 250 xəstəni müalicə etmək iütidarındadır. Burada həkimlər üçün yaşayış yeri, xidmət binası, sinif otaları və müalicə müəssisələri olacaqdır.

İslam313.info