Yəmən, müharibənin səkkizinci ilinə qədəm qoyduğu bir vaxtda, onlarla hüquqi qurum birgə bəyanat yayaraq müharibənin dayandırılmasını tələb edib.

İslam313.info Az.rasthaber.com-a istinadən xəbər verir ki, 138 hüquqi və vətəndaş təşkilatı Səudiyyə-BƏƏ koalisiyasının Yəməndəki müharibəsinə son qoymağa çağıran bəyanat yayıb.Bu müharibə, səkkizinci ilinə qədər on minlərlə qurban, yoxsulluq və müxtəlif xəstəliklər dairəsi yaradıb. Həmçinin, “Sokotra” başda olmaqla, Yəmənin bəzi bölgələrinin işğalına yol açmışdır.Əl-Məsirə xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda deyilir:”Yəmənə qarşı düşməncəsinə müharibə bütün dünyanın gözü qarşısında baş versə də, beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı və ona bağlı qurumlar bu zülmlərə göz yumur. Bu susqunluğun səbəbi, Səudiyyə Ərəbistanı və BƏƏ-nin maliyyə yardımının dayandırılması qorxusudur”.Açıqlamada həmçinin bildirilib: “Yəmən insan haqları qurumlarının məlumatına görə, indiyədək müharibədə 4 min uşaq və 2 min 500 qadın olmaqla 17 min 200 nəfər həlak olub. Yaralıların sayı 26 min 900 nəfəri keçib”.Bundan əlavə, 579,900 yaşayış yeri, 15 hava limanı, 400 xəstəxana və tibb mərkəzi, 16 liman, 680 ticarət yeri, 500 şəbəkə və rabitə yolu, 2000 hökumət mərkəzi, 400 iş yeri, 11000 ticarət mərkəzi və 5000 yol və universitet binası, 250 turizm mərkəzi, 500 media mərkəzi, 1100 məktəb, 8300 əkin sahəsi, 136 idman mərkəzi, 477 mal-qara, 8483 maşın və 476 qayıq hücum koalisiyası tərəfindən məhv edilib.Bəyanat, dünyadakı bütün azadlıq tərəfdarlarını Yəməndəki müharibəni dayandırmaq üçün səy göstərməyə çağırıb.

İslam313.info