Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində hərbçilərə hücum baş verib.

Kəç bölgəsindəki hərbi düşərgəyə edilən hücum nəticəsində 10 əsgər həyatını itirib.

Bu barədə Pakistan Silahlı Qüvvələrindən məlumat verilib.

Qeyd edilib ki, hücum nəticəsində başlayan döyüş zamanı 1 terrorçu məhv edilib, çox sayda terrorçu da yaralanıb.

Hücum edən silahlıların ələ keçirilməsi istiqamətində əməliyyat başladılıb. İndiyədək 3 terrorçu tutulub.

İslam313.info