Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunun Soledar şəhəri üzərində nəzarəti ələ keçirib.

İslam313.info-nun “AA”ya istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Rusya Müdafiə Nazirliyi bəyan edib: “Yalniz son üç gündə Soledar şəhərində 700-dən çox Ukrayna əsgəri və bu ölkənin silahli qüvvələrinin 300-dən çox bölməsi məhv edilib”

“Yanvarın 12-də axşam saatlarında Donetsk istiqamətində uğurlu hücum əməliyyatlarının davam etdirilməsi üçün vacib olan Soledar şəhərinin azad edilməsi başa çatıb”, deyə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib. 

Onun sözlərinə görə, Soledara tam nəzarətin ələ keçirilməsi Ukrayna qoşunlarının cənub-qərbində yerləşən Artemovsk (Baxmut) şəhərində təchizat marşrutlarını kəsməyə imkan verir. 

Konaşenkovun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarəsi Ukrayna qoşunlarına havadan atəş dəstəyi tapşırıqlarını yerinə yetirən Ukrayna Hərbi Hava Qüvvələrinin üç təyyarəsini və bir helikopterini məhv edib. 

İslam313.info

By Admin