Cənubi azərbaycanlı futbolçu Əli Daei milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna Kriştianu Ronaldonun şərik çıxmasına münasibət bildirib.

“Report”un məlumatına görə, İran millisinin sabiq hücumçusu Portuqaliya yığmasının kapitanının Fransa ilə qarşılaşmada “dubl” edərək onunla bərabərləşməsindən sonra açıqlama verib.

“Ronaldonu təbrik edirəm. Hazırda hər ikimizin 109 qolu var. Beynəlxalq rekordumu qırmaq üçün ona bir qol kifayət edəcək” deyən Daei “Mənim üçün böyük şərəfdir ki, belə bir ali nailiyyət ona qismət olacaq. Kriştianu böyük çempion və böyük insandır. O, bəşəriyyəti ilhamlandırır, onların həyatlarına təsir göstərir” əlavə edib.

Qeyd edək ki, Kriştianu Ronaldo Fransa ilə 2:2 hesablı heç-heçəyə imza atdlıqları qarşılaşmada penaltilərlə “dubl” müəllifi olub.