İslam313.info – nun verdiyi xəbərə görə, Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

Məlumata əsasən, 74 kq çəki dərəcəsində çıxış edən X.Qadjiyev 1/4 finalda Hrayr Alixanyanı məğlub edib.

İdmançımızın yarımfinal qarşılaşması Moldova güləşçisi Vasile Diakonla olacaq.

İslam313.info