Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatı başa çatır.

“Qafqazinfo” xəbər verir ki, çempionatın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının nümayəndələri iki medal qazanıblar.

Həsrət Cəfərov (67 kq) finalda Sahak Ovannisyana (Ermənistan) 7:0 hesabı ilə qalib gəlib və çempion olub.

Nihat Məmmədli (67 kq) bürünc medal qazanıb, Xasay Həsənli (72 kq) isə üçüncü yer uğrunda döyüşdə uduzub.

Güləşçilərimiz ümumilikdə bir qızıl, dörd gümüş və altı bürünc medal qazanıblar.