Monreal Universitetinin alimləri fiziki fəaliyyətin uşaqların psixoloji vəziyyəti ilə necə əlaqəli olduğunu öyrənib. “Araşdırmada zamanı məktəb yaşlı uşaqlarda idmanla məşğul olmaqla depressiya və narahatlıq simptomları arasındakı uzun müddətli əlaqəni araşdırmaq istədik”, – deyə tədqiqat müəlliflərindən biri Mari Joze Harbek danışıb.

“Deyerler.org”un gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, valideynlərin və uşaqların özlərinin dediklərinə əsaslanaraq, tədqiqatçılar uşaqların 5 və 12 yaşlarında idmana və fiziki fəaliyyətə münasibətini araşdırıb. Ardından, tədqiqatçılar 6-10 yaş arası bu uşaqların emosional vəziyyəti ilə bağlı müəllimlərin hesabatlarını təhlil edərək, 5 yaş həddində olan oğlan uşaqların bu yaş dövründə heç vaxt idmanla məşğul olmadıqlarına görə, sonralar özlərini xoşbəxt hiss etmədiklərini, əylənməkdə çətinlik çəkdiklərini, çox ağladıqlarını, qorxu hissi yaşadıqlarını və narahat olduqlarını aşkar edib.

Bundan əlavə, depressiv və narahatlıq simptomları olan oğlanlar 12 yaşında fiziki aktivliyi azalıb. Tədqiqatçılar qızlarda belə qanunauyğunluqlara rast gəlməyib. Ümumilikdə alimlər 690 oğlan və 748 qızı müayinə edib. Tədqiqat müəllifləri nəticənin cinsiyyətdən asılılığını, qızların psixoloji yardım istəmək və təcrübələrini ailə və dostları ilə bölüşmək ehtimalının daha çox olması ilə izah edib, bu da, onları qeyd edilən problemlərdən qoruya bilər.