Futbol üzrə İngiltərə kubokunun 1/16 finalında “Mançester Siti” “Arsenal”ı 1:0 hesabı ilə məğlub edib.

İslam313.info” xəbər verir ki, qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Natan Ake vurub.

Qeyd edək ki, 1/16 final mərhələsinin qalan oyunları yanvarın 28-dən 30-dək keçiriləcək. “Mançester Siti”nin növbəti rəqibi püşkatma ilə müəyyənləşəcək.

İngiltərə Kuboku 1871-ci ildən keçirilir və ən qədim futbol turnirlərindəndir. Qazanılan kubokların sayına görə rekord “Arsenal”a (14) məxsusdur, ikinci yeri “Mançester Yunayted” (12), üçüncü yeri “Liverpul”, “Çelsi” və “Tottenhem” (hər biri 8) bölüşürlər.

“Liverpul” ötən mövsüm “Çelsi”ni penaltilər seriyasında məğlub edərək, yarışın qalibi olub.

İslam313.info

By Admin