İslam313.info “Az.shafaqna.com” a istinadən xəbər verir ki, küveytli qılıncoynadan Xolud əl-Mutairi Fələstinlə həmrəylik nümayiş etdirib.
Belə ki, o, Fələstin və onun xalqına dəstək məqsədi ilə İsraili təmsil edən idmançı ilə qarşılaşmaqdan imtina edib.
Bu barədə Küveyt Paralimpiya Komitəsi elan edib.
Küveyt və onun idmançıları bu yolla göstərirlər ki, İsrailin Fələstinə qarşı işğal siyasəti ilə razılaşmır və İsrail ilə münasibətlərin normallaşmasına qarşı çıxır.
Əl-Mutairi kimi, küveytli və digər müsəlman ölkələrindən olan idmançılar da İsraili bu cür boykot edirlər. Bir müddət öncə Küveyti təmsil edə Bader əl-Həcri İsraili təmsil edən rəqibi ilə qarşılaşmaqdan imtina edib. Yanvarda isə Küveytdən olan tenisçi Məhəmməd əl-Əvadi də oxşar addım atmışdı.
2021-ci ildə Küveyt Milli Assambleyası İsrail ilə normallaşmanı qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib.
İslam313.info