Qarabağ” 2022-ci ildə rəsmi oyunlardakı qələbə sayına görə Avropanın “Top-5” liqalarında çıxış edən komandalardan yalnız İngiltərə “Liverpul”undan geri qalıb.

Islam313.info “SalamNews”a istinaden xəbər verir ki, Azərbaycan təmsilçisi ötən il ərzində bütün turnirlərdə keçirdiyi 55 matçda 37 qələbə qazanaraq buna nail olub.

Ağdam təmsilçisinin qalibiyyətlərinin 16-sı 2021/2022, 21-i isə 2022/2023 mövümünə təsadüf edib. Qurban Qurbanovun kollektivi Premyer Liqada meydana çıxdığı 32 görüşün 27-də rəqiblərini məğlub edibsə, ölkə kuboku çərçivəsində 7 matçda 5, avrokuboklarda isə 16 qarşılaşmada 5 qalibiyyətə sevinib.

Avropanın “böyük beşlik” ölkələrinin yüksək liqa klubları arasında bu baxımdan ən yaxşı göstəriciyə “Liverpul” imza atıb. “Qırmızılar” il ərzində bütün turnirlərdə keçirdikləri 60 rəsmi oyunda 43 qalibiyyət əldə ediblər. İspaniya nəhəngi “Real” və İngiltərənin digər təmsilçisi “Mançester Siti” “Qarabağ”la eyni sayda – 37 görüşdə rəqiblərini üstələməyi bacarıblar.

Qalibiyyət sayında “Top-5” liqaların ilk “10-luğ”unda İngiltərənin 4 klubu yer alıb.

1. “Liverpul” (İngiltərə) – 60 oyun / 43 qələbə

2. “Real” (İspaniya) – 53 / 37

3. “Mançester Siti” (İngiltərə) – 54 / 37

4. PSJ (Fransa) – 46 / 33

5. “Leypziq” (Almaniya) – 51 / 32

6. “Marsel” (Fransa) – 53 / 32

7. “Çelsi” (İngiltərə) – 55 / 32

8. “Barselona” (İspaniya) – 50 / 31

9. “Napoli” (İtaliya) – 43 / 30

10. “Arsenal” (İngiltərə) – 45 / 30

Islam313.info

By Admin