Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo Bakıda Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyununu buraxacaq.

“Report”un məlumatına görə, buna 36 yaşlı hücumçunun evdə İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri seçmə mərhələ matçında sarı vərəqə görərək, cəzalı duruma düşməsi səbəb olub.

Görüşdə dubl edən təcrübəli forvard ikinci qoldan sonra formasını çıxardığı üçün xəbərdarlıq alıb.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçı saat 20:00-da başlayacaq.