Futbol üzrə Azərbaycan millisinin oyunlarında VAR sistemindən istifadə olunacaq.

Oxu.Az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, DÇ-2022-nin Avropa seçmə mərhələsində bu ilin sentyabrından etibarən keçiriləcək bütün oyunlarda VAR (video-köməkçi hakim) sistemi tətbiq olunacaq.

Qeyd edək ki, milli komandamız DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 7-də Bakıda Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya millisi ilə qarşılaşacaq. Məhz ilk olaraq bu matçda VAR sistemi tətbiq olunacaq.

Xatırladaq ki, daha əvvəl VAR sistemindən Bakıda istifadə olunub. Lakin bu, UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçirilmiş final matçı və AVRO-2020-nin bu il Bakıda təşkil olunmuş dörd oyunu zamanı baş verib.