MMA döyüşçüsü Elnar İbrahimov Naiza Fighting Championship qələbə qazanıb.

O, 61 kq-da erməni idmançı Varşam Qevorqyanı üstələyib. Qazaxıstanda keçirilən görüşdə İbrahimov bütün raundları üstün bitirərək təmiz qalibiyyət əldə edib. Elnar İbrahimov qələbəsini şəhidlərə və qazilərə həsr etdiyini bildirib: “Mən bu qələbəni İkinci Qarabağ müharibəsində canından, qanından keçən şəhidlərimizə və qazilərə həsr edirəm. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, idmançımız döyüşə Ya Əbəlfəzl sarğısı ilə çıxmışdı.