2022-ci ilin əvvəlindən Azərbaycan İran ərazisindən 1,5 milyard kubmetr Türkmənistan qazı idxal edib.

İslam313.info xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində “yaşıl” enerjinin potensialı və imkanları” adlı xüsusi sessiyadan sonra açıqlamasında deyib.

Onun sözlərinə görə, iranlı nazirin Azərbaycana səfəri zamanı müvafiq razılaşmalar əldə olunmuşdu.

“İran bundan sonra da bu əməkdaşlıqda iştirak edəcək”, – nazir deyib.

İslam313.info