2022-ci ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə müqayisədə 1,7 dəfə (70 %) artaraq 355,3 milyon manat olub.

“İslam313.info”xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunun da 59,6 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,4 %-i ictimai iaşə xidmətlərindən, 3 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 15,7 % təşkil edib (2021-ci ildə 11,1 %). Bu göstərici Şabranda 80,1 %, Naftalanda 37,6 %, Qubada 27,8 %, Beyləqanda 26,2 %, Lənkəranda 24,1 %, Bakıda 23,8 %, Ağcabədidə 20,0 %, Qəbələdə 19,7 %, Şuşada 16,7 %, Sabirabadda 16,2 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

İslam313.info

By Admin