Evini cənnətə çevirmək istəyənlər üçün çox gözəl bir kitab.

“Cənnət kimi bir ev” ər-arvad münasibətlərindən bəhs edən çox dəyərli bir kitabdır. Kitabda cütlüklər arasında problem yarada biləcək və münasibətləri korlayacaq olduqca mühüm mətləblərə toxunulub.
Kitabın ən önəmli xüsusiyyəti praktik və asan başa düşülən olmasıdır. Bu kitabı oxuyan gənclər və cütlüklər ailədaxili konfliktlərə səbəb olan faktorları biləcək və həmin problemlərin həll yolları ilə tanış olacaqlar. Bu kitabı mütəxəssis həkimin reseptinə bənzətmək olar. Kitabda qeyd olunan praktik göstərişlərə riayət olunacağı təqdirdə, həqiqətən də, cənnət kimi bir evə sahib olacağınıza əmin ola bilərsiniz.

Ailə cəmiyyətin kiçik formasıdır. Ailənin də əsas fərdləri ər və arvaddır. Ailədə kişi və xanım öz səhvlərini və düzlərini bilsələr, özlərini düzəltsələr ailə də düzələr. Yəni sağlam ailə formalaşar. Sağlam ailə də sağlam cəmiyyət deməkdir. Sağlam cəmiyyəti formalaşdırmaq üçün hər birimiz məsuliyyət daşıyırıq. Bu kiçik və dəyərli kitab bizə bu işdə kömək olacaq. Xoş mutaliələr.