Ramazan sözünün mənası günahları yandıran, uzaqlaşmaq, çəkinmək deməkdir. Hər bir şeyin baharı var. Quranın da baharı, Ramazandır. Əvvəli bərəkət ortası məğfirət  sonu da azadlıq olan, on iki ay içərisində Quranda məhz onun adı çəkilən, Quranın nazil olduğu ay Ramazan ayıdır. Ramazanın səbr, azadlıq, məğfirət, fəzilət, iffət kimi əllidən çox adı var. Allah Musa peyğəmbərə  “ Çarığını çıxart ! Çünki sən müqəddəs məkandasan ” deyə buyurdu.

(Taha surəsi, ayə 12) İnsanda bu aya daxil olarkən gərək kini, yalanı, qəlbindən çıxarsın.  Ramazan  iradənin əmələ gəlməsi və  insanın istədiyi kamillik zirvəsinə yetişməsi üçün, gözəl bir fürsətdir.

Bu ayda mərhəmət qapısı ayın sonuna qədər açıq qalar. Bu ayda ən gözəl əməl, günahdan uzaq olmaqdır.  Hər bir insan bir şeyin aşiqidir. Allahda bir şeyə aşiqdir. Allah  buyurur: “ Mən, bağışlamaqlıq aşiqiyəm ”. Bu ay dua və tövbə ayıdır.  

Əhlibeytin insanlara üstünlüyü kimi, Ramazanında başqa aylara üstünlüyü vardır. İbadətin min aya bərabər olan qədr gecəsi, məhz  Ramazan ayındadır.  Orucun duası mələklər üçün zinətdir.  Orucun duası qəbul, nəfəsi savab, yatması isə ibadətdir. Oruc olan şəxs acarsa  amma yeməzsə, Allah ona cənnətdə  cənnət  qidaları yedirdər. Ramazan ayında oruc  tutmağın Allah dərgahında coxlu cavabı vardır ki,  insanın yaşayış və sağlamlığına çox böyük faydası vardır.

Oruc tutan insan bu addımı  ilə şeytanın üzünü qara edir, onun qüdrətini azaldar, belini sınrırar və onun insanlara hakim kəsilməsinə mane olur. İslam peyğəmbəri belə buyurmuşdur:  “ Allah – taala bir çox mələkləri oruc tutanlara dua etmək üçün təyin edib ”. Hər xeyirli və savablı əməllərə  başqa aylarda on bərabər savab yazılırdısa, bu ay yetmiş bərabər yazılar.  

“Orucluq mənə məxsusdur , mən ona mukafat vererem  ” . Allah bu müqəddəs cümləsi ilə bizə orucluqun çox mühüm olmasını və hətta özündən başqa heç kimin oruc tutan bəndəsinin mükafatını verə bilməyəcəyinə bir  işarədir. Həmçinin o bəndə bu ayda məni  dərk etməklə  mən ona kifayər edər  və məni tapmaq yolunu ona göstərərəm.

Bu ayın namazı ilə başqa ayın namazları fərq edir. Bu namaza bu dəyəri verən Ramazan ayıdır. Hədisdə buyurulur  ki, əgər bilsəniz bu Ramazanda nələr var, il boyu Ramazan olmasını arzu edərdiz. Ramazan ibadət qapısı, övliyaların bayramı, oda qalxan, əməllərin qiymətli olması, bir ayə bir  Quran xətminə bərabər, namazın yetmiş qat artıq savablı olması, yağış kimi rəhmətin nazil olması, sadə əməllərlə cənnət qazanmaq imkanı, ibadətlərin qəbul olan bir aydır. Bədbəxt  şəxs orucluqda bağışlayanmayandır. Bu ayda salavat, hər əməldən üstündür.  Çünki bu salavatda özün üçün bir şey istəmirsən. Bu ayda aqq valideyn, dua etməyən və  salavat deməyən bağışlanmaz. Ramazan bütün aylardan üstün və fəzilətlidir. Onun günləri başqa günlərdən, gecəsi başqa gecələrdən və saatları başqa saatlardan daha qiymətlidir.

Ramazan elə bir aydır ki, insanlar  Allahın qonaqlığına dəvət olunur və Allahın güzəştinə çatırlar. Ramazanda əxlaqını düzəldən, siratdan rahat və asan keçər. Allah orucu buna görə vacib edib ki, varlı ilə yoxsul bir olub, varlı da aclığın dadını ala bilsin. Yəni varlı sərvətinin olmağı ilə hər vaxt ürəyi istəyənləri alıb, yeyir  içir. Lakin Allah orucu vacib etdi ki, varlı aclığı hiss edə yoxsulların aclığını yada salıb, onlara rəhm edib əllərindən tuta. Oruc tutan şəxs Allah yanında o qədər  zirvəyə malikdir ki, Allah o bəndəsinin ağzının iyini ən gözəl ətirlərdən qiymətli bilib. Oruc tutan insan pis söz danışmasa, Allah onun adını cənnətə gedən insanların siyahısına yazar.  Oruc tutan şəxsə Allah yeddi xislət bəxş edər: onun bədənindən haram şeyi əridər, Allah rəhmətinə yaxınlaşar, ata – babalarının günahlarını bağışlar, ölüm ayağında rahat can verər, qiyamət günündə ac və susuz qalmaz, cəhənnəm odundan uzaq olar, cənnətin ən gözəl nemətlərinən qidalanar.

İlahiyyatçı alim Məhəmməd Nicat