Təbii ki, yay qidalanması qış qida rasionundan fərqlənir. Bu barədə “Həyat haqqında elm”- Ayurveda da qeyd edir. Bu təlimə görə, ilin hər fəslinə müəyyən dad müvafiqdir. Yəni, əgər insanlar Ayurvedaya uyğun qidalansalar, yemək təkcə həyat üçün tələb olunan “yanacaq” deyil, həm də dərman ola bilər. Məsələn, Ayurvedaya əsasən, yayda daha çox acı dadı olan məhsullar qəbul etmək lazımdır. Bu, qan-damar sisteminin, ürək və nazik bağırsaqın fəaliyyətini stimullaşdırmaq üçün gərəklidir. Hələ qədim zamanlardan məlumdur ki, isti havada turş deyil, məhz acı qidalar yüngüllük və təravət gətirir. Bunun üçün susuzluğunuzu acı tonik, yaxud acı otlar əlavə edilmiş salat və doğramacla yatırmağa çalışın və necə deyərlər, nəticəsini görün!

İslam313.info