Ədliyyə Nazirliyinin əməkdaşları ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evinə baxış keçirərkən yeni məxfi sənədlər toplusu aşkar ediblər.

İslam313.info-nun TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkə liderinin vəkili Bob Bauer məlumat verib.

Onun sözlərinə görə, yoxlama cümə günü gerçəkləşdirilib. Xüsusilə “məxfilik qeydləri ilə” altı sənəd tapılıb. Onlar Baydenin senator və vitse-prezident olduğu dövrlərə aiddirlər.

İslam313.info

By Admin