ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Uilminqton şəhərindəki şəxsi evində yeni məxfi sənədlər tapılıb.

İslam313.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber bildirib.

“Məxfi məlumatlara çıxışım olduğu üçün prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsinə kömək üçün Uilminqtona getdim. Əlavə edilmiş materiallar arasında məxfi hesab olunan daha beş səhifəlik sənəd aşkarlanıb”, – Sauber deyib.

Qeyd edək ki, Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan gizli sənədlər tapılıb.

Öz növbəsində Nümayəndələr Palatasında respublikaçılar Prezident Cozef Baydeni vitse-prezident olduğu vaxtda məxfi sənədləri oğurlamaqda ittiham edirlər.

İslam313.info

By Admin