Braziliyanın keçmiş prezidenti Lula da Silva deyib ki, Afrikada insanların aclıqdan öldüyü bir vaxtda ABŞ prezidenti Bayden Ukraynaya silah almaq üçün 40 milyard dollar verir.

Az.rasthaber.com xəbər verir ki, Braziliyada keçirilən prezident seçkilərində tanınmış adlar arasında yer alan solçu İşçi Partiyasının (PT) namizədi Lula da Silva ABŞ-ın Ukraynaya böyük maliyyə yardımını tənqid edib.

Lula ölkənin Porto Aleqre şəhərində etdiyi çıxışında deyib:

Afrikada aclıq çəkən insanlara 1 dollar vermək barədə heç vaxt danışmayan Bayden, Ukraynaya silah almağa kömək etmək üçün 40 milyard dollar verəcək. Bu ola bilməz!”

Bundan əvvəl Lula Baydenin Ukrayna münaqişəsini tənqid edib; O, ABŞ liderinin bunun qarşısını ala biləcəyini, amma bunun əksinə Ukrayna prezidenti Vladimir Zelenskiyə açıq çek verməyə üstünlük verdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Bayden bu yaxınlarda Ukrayna üçün 33 milyard dollar verilməsini tələb etmiş, Nümayəndələr Palatası isə yardımın həcmini 40 milyard dollara çatdırıb və paket Senat tərəfindən təsdiqlənib.

İslam313.info