Eritreyanın Rusiyadakı səfiri Qərb ölkələrinin, xüsusilə ABŞ və Fransanın Afrika qitəsində mövqelərinin zəifləməsindən danışıb.

İslam313.info “Az.rasthaber.com” a istinadən xəbər verir ki, Eritreyanın Moskvadakı səfiri “Betros Tsiqai” Novosti ilə söhbətində vurğulayıb: “Amerika və Fransa Afrika qitəsində hökmranlıq edəndə onlara qarşı çıxmaq çətin idi, amma indiki vəziyyətdə başqa bir dünya formalaşır və afrikalılar azadlıq havası ilə nəfəs ala bilirlər!”

O əlavə edib: Bu vəziyyət müxtəlif Afrika ölkələrini, Eritreya kimi ölkələri gələcəyə ümidləndirdi, çünki hal-hazırki vəziyyətdə işlər düzgün yoldadır.

Bu diplomat daha sonra vurğulayıb ki, müstəmləkə ölkələrinin təzyiqlərinə müqavimət göstərmək çətindir lakin bəzi Afrika ölkələri hələ də Qərb dövlətlərindən asılıdır.

İslam313.info