Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının İsrailin işğal edilmiş ərazilərdəki addımları ilə bağlı tələbini ehtiva edən şikayətin daxil olduğunu bildirib.

İslam313.info Fələstin İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsi bəyanat verib.

Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərində Fələstin xalqının insan haqlarına qarşı addımlarla bağlı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının hüquqi məsləhət rəyinin verilməsi tələbini aldığını açıqlayıb.

Məhkəmə bildirib ki, tələb BMT-nin Baş katibi Antonio Quterreşin yanvarın 17-də göndərdiyi məktub vasitəsilə çatdırılıb və cümə axşamı sorğu qeydə alınıb.

İslam313.info

By Admin