29 noyabr Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günüdür.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu gün 1977-ci ildə BMT-in Baş Assambleyasında təsis edilib.

1977-ci ildə təsis edilən bu gündən 40 ildən artıq zamanın keçməsinə baxmayaraq, fələstinlilərə qarşı işğal və hüquq pozuntuları davam etməkdədir.

Hazırda Fələstinin tarixi torpaqlarının 85 faizi İsrailin işğalı altındadır.

Öz torpaqlarının cəmi 15%-nə nəzarət edən Fələstin dövlətinin 136 ölkə tərəfindən tanınmasına baxmayaraq, o, de-fakto tam müstəqil ola bilməyib.

ABŞ, Böyük Britaniya və Fransa hələ də onun müstəqilliyini tanımayıb.

Torpaqları İsrailin işğalı altında olan Fələstin xalqı öz ərazilərinin azadlıqları uğrunda mübarizəni hələ də davam etdirirlər.

Xatırladaq ki, ötən əsrdən Fələstin ərazilərinə kütləvi şəkildə yəhudilər köçürülərək 1948-ci ildə işğal edilmiş ərazilərdə İsrail qurulur.

İslam313.info