İki ölkə liderlərinin strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri iki böyük qonşu dövlət arasında dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq yoluna qədəm qoyub

Yeni ildə Çin Rusiya ilə birlikdə beynəlxalq münasibətlərin demokratikləşməsinin təşviqinə və ədalətli beynəlxalq nizamın qurulmasına daha çox töhfə verməyə hazırdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin keçirdiyi brifinqdə bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb açıq şəkildə münasibətlərə nifaq salmağa çalışsa da, Rusiya Federasiyası ilə Çin arasında münasibətlər tarixin ən yaxşı dövrlərini yaşayır. Nazir xatırladıb ki, Çində Rusiya ilə münasibətlər müttəfiqlik kimi deyil, bir çox cəhətdən müttəfiqlikdən güclü olan bir şey – maraqlar balansına əsaslanan praqmatik, etimad və qarşılıqlı hörmətə əsaslanan münasibətlər kimi qiymətləndirilir.

“İki ölkə liderlərinin strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri iki böyük qonşu dövlət arasında dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq yoluna qədəm qoyub və bu, iki ölkənin xalqlarına nəzərəçarpacaq faydalar gətirib, həm də qlobal idarəetmə islahatlarının irəliləməsində mühüm və konstruktiv rol oynayıb”, – diplomat bildirib.

Vanq Venbin vurğulayıb ki, yeni ildə Rusiya ilə strateji kommunikasiyaları gücləndirmək və praqmatik əməkdaşlığı dərinləşdirmək, beynəlxalq münasibətlərin demokratikləşməsinin təşviqinə, ədalətli və rasional beynəlxalq nizamın qurulmasına daha çox töhfə verməyə hazırdırlar.

İslam313.info

By Admin