Çin və Rusiya ikitərəfli münasibətlərin inkişafına kömək etmək üçün 2023-cü ildə bütün səviyyələrdə mübadilələri gücləndirəcəklər.

İslam313.info-un “TASS”a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin məlumat verib. 

“Yeni ildə hər iki ölkə ikitərəfli münasibətlərin davamlı inkişafına kömək etmək üçün bütün səviyyələrdə mübadilələri gücləndirəcək”, deyə XİN rəsmisi vurğulayıb. 

O, Çin sədri Si Tsinpinin 2023-cü ildə Rusiyaya səfərinin dəqiq tarixləri ilə bağlı sualı cavablandırmayıb.

Mao Ninin sözlərinə görə, Çin və Rusiya hərtərəfli strateji əməkdaşlıqda tərəfdaşdırlar və hər iki ölkə qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasına sadiqdir.

Mao Nin qeyd edib ki, Si Tsinpin və Rusiya prezidenti Vladimir Putin Çin-Rusiya münasibətləri, eləcə də əsas beynəlxalq və regional məsələlər üzrə sıx əlaqə saxlayırlar.

2022-ci ilin dekabrın 30-da Rusiya Federasiyasının Prezidenti Çin Prezidenti ilə danışıqlar zamanı çinli həmkarının 2023-cü ilin yazında Moskvaya səfər edəcəyini açıqlayıb.

İslam313.info

By Admin