Qərb liderləri Rusiya prezidenti Vladimir Putinin düşüncəsini dəyişmək üçün Ukraynaya hərbi yardımı artırmaq niyyətindədirlər.

İslam313.info“Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti yazırb. 

Məqalədə deyilir ki, kollektiv Qərb Putinin qərarlarına qarşı çıxmaq üçün müxtəlif addımlara əl atacaq. 

“Qərb ölkələri hesab edirlər ki, Putinin düşüncə tərzini dəyişməyin yeganə yolu Ukraynaya qarşıdakı döyüşlərdə qalib gəlməyə kömək etməkdir”, deyə nəşr vurğulayır. 

Qeyd olunur ki, Rusiya Ukrayna tərəfdən ciddi zərbə ilə üzləşməyənə qədər “maksimalist məqsədlərindən” əl çəkmək istəməyəcək. Bununla belə, qəzet qeyd edir ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin hər hansı hərbi uğuru Putinin məğlubiyyətini etiraf etməsinə zəmanət vermir. 

İslam313.info

By Admin