Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri və “Təhrik-i-İnsaf” partiyasının lideri İmran Xan ölkədə dərhal parlament seçkilərinin keçirilməsini tələb edib.

Biz təcili seçkilər tələb edirik, çünki bu, inkişafın yeganə yoludur – xalqa ədalətli və azad seçkilər yolu ilə kimi öz baş naziri olaraq görmək istəməsinə dair qərar verməyə icazə verilməlidir“, – deyə o qeyd edib.

Mən çərşənbə günü Pişəvərdə ilk toplantımı keçirəcəyəm… Xaricilərin səbəb olduğu rejim dəyişikliyindən sonrakı ilk toplantımı. Mən istəyirəm ki, bizim bütün insanlarımız gəlsin, çünki Pakistan müstəqil, suveren dövlət kimi yaradılıb, xarici dövlətlərn kukla dövləti kimi yox“, – deyə o əlavə edib.

Xatırladaq ki, Xan bildirib ki, onun yürütdüyü müstəqil siyasət “xarici dövlətləri”, xüsusilə də ABŞ-ı qıcıqlandırırdı və həmin qüvvələr müxalifətin əli ilə onu hakimiyyətdən uzaqlaşdırıblar.

İslam313.info