İran prezidenti İbrahim Rəisi bu gün ölkənin Kürdüstan əyalətinə gedib.

İslam313.info “SalamNews” a istinadən xəbər verir ki, İbrahim Rəisi Kürdüstana səfəri çərçivəsində əyalətin inzibati mərkəzi Sənəndəc şəhərini su ilə təmin edən yeni layihənin açılışını edib.

Məlumata görə, başa çatmış bu layihə “Azad su anbarı”nın suyunu Sənəndəc şəhərinə çatdırır.

İbrahim Rəisi şəhərdə əyalətin ictimaiyyət nümayəndələri qarşısında çıxışı zamanı bildirib ki, “əyalətin xalqı düşmənləri, son planları ilə bağlı nakam qoyub.”

İbrahim Rəisi bu çıxışında əyalətdə yarı qalan layihələrin tamamlanması ilə bağlı vəd verib.

İslam313.info