“Əgər İranın su ilə bağlı haqqı təmin edilməsə Əfqanıstanla əməkdaşlıq mənfi təsir görəcək.”

İslam313.info “SalamNews” a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O, Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə telefon danışığı zamanı Hirmənd çayında İranın su payının təmin edilmədiyini deyib və vəziyyətin davam edəcəyi təqdirdə iki ölkənin əməkdaşlığının zərər görəcəyini bildirib.

Qeyd edək ki, iki gün öncə İran prezidenti ölkənin aidiyyatı qurumlarına Hirmənd çayında ölkənin su haqqının təmin edilməsi barədə göstərişlər vermişdi.

Çərşənbə günü İran prezidenti İbrahim Rəisi xarici işlər nazirinə və digər rəsmilərə İranın Hirmənd çayı ilə bağlı tələbini təqib etməyi tapşırıb və bu məsələdə “heç bir şəkildə geri addımın olmayacağını” bildirib.

İslam313.info