“Gözümün qabağında içimizdə dərinləşən parçalanmaları görürəm və xatırlamaya bilmirəm ki, tarixdə iki dəfə – Davud Krallığı və Haşmonayim xanədanı hakimiyyəti dövründə İsrail torpağında yəhudi dövləti yaranıb; O dövlət 80 yaşına çatmamış iki dəfə yıxılıb.”

“İslam313.info” xəbər verir ki, İsrail prezidenti İsaak Herzoq bunu tvitter səhifəsində yazıb.

İsaak Herzoq Likud partiyasının sədri Benyamin Netanyahunun hökuməti formalaşdırmasından sonra, habelə bu hökumətin məhkəmə sistemində “islahatlar planı”nı açıqlamasından sonra baş qaldıran etirazlara münasibət bildirib, daxili çəkişmələr və parçalanmalar barədə xəbərdarlıq edib.

O, ilk dəfə olaraq İsrail dövlətinin dağılması barədə açıq-aydın xəbərdarlıq edib.

İsrail prezidenti Benyamin Netanyahu hökumətinin bəyanatlarının yaratdığı kəskin siyasi böhran fonunda “vəziyyətin partlamaq üzrə olduğunu”, “dialoqun olmamasının ölkədəki cəmiyyəti içəridən parçalamaqda olduğunu” və “tərəflərin bir-birini çevriliş ittihamları” ilə ittihamlandırdığını yazıb.

“Biz hamımız İsrail dövlətinə görə narahatıq. Bizim hamımızın onun qarşısında öhdəliyimiz var. Dialoqun olmaması bizi daxildən ayırır və mən sizə açıq şəkildə deyirəm: Bu partlayıcı çəlləyi partlamaq üzrədir. Bu fövqəladə zamandır və məsuliyyət bizim üzərimizdə və bizdən asılıdır…Gözlərimin önündə içimizdə getdikcə dərinləşən fikir ayrılıqlarını görürəm və xatırlamaya bilmərəm ki, tarixdə iki dəfə – Davud Krallığı və Haşmonayim xanədanı hakimiyyəti dövründə – İsrail torpağında yəhudi dövləti yarandı və səksən yaşına çatmamış iki dəfə dağıldı…Mən İsrail dövlətinin dözümlülüyünə və burada yaşayan gözəl insanların gücünə inanıram. Lakin bu, xalqımıza və ona təsir edəcək taleyüklü sınaq saatı ilə üz-üzə olduğumuz faktı dəyişmir. Biz özümüzə gəlməli, məsuliyyət daşımalı və burada qurduqlarımızı qorumalıyıq”, deyə İsrail prezidenti vurğulayıb.

İslam313.info

By Admin