İşğal altında olan İordan çayının qərb sahilində Cenin şəhəri ərasizində İsrail qüvvələri ilə fələstinlilər arasında silahlı qarşıdurmada azı iki fələstinli həlak olub.

İslam313.info əl-Məyadinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi bəyanat verib.

Bildirilib ki, Cenin şəhəri ərazisində yerləşən Cabu qəsəbəsinə basqın zamanı fələstinlilər qarşılıq verib. Bu qarşıdurmada 23 və 24 yaşlarında iki fələstinli həlak olub.

Nazirlik bildirib ki, son iki həftədə (cari ilin əvvəlindən indiyədək)İsrail qüvvələrinin atəşi nəticəsində 12 fələstinli həlak olub ki, onların üçü yeniyetmə və uşaqdır.

Qeyd edək ki, işğal latında olan İordan çayının qərb sahilindəki Cenin şəhəri, xüsusilə də ərazidə yerləşən qaçqın düşəgrəsi ən gərgin bölgələrdəndir.

İslam313.info

By Admin