İsrail qüvvələrinin bu gün sübh çağından başlayaraq qaçqın düşərgəsinin olduğu Cenin şəhərinə hücumu nəticəsində ümumilikdə doqquz fələstinli həlak olub.

İslam313.info” Fələstin Media Mərkəzinin saytına istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “işğalçı qüvvələrin Ceninə basqınında həlak olan fələstinlilərin sayı doqquza çatıb və onlardan biri yaşlı qadındır.”

Bu hücuma görə işğal altında olan bütün Fələstin bölgələrində gərginlik artıb. İsrail Ordusu Qəzzadan raketlərin atılma ehtimalı ilə bağlı sərhəddə tədbirlərini artırıb.

Qeyd edək ki, Cenin şəhəri İsrail qüvvələrinin nəzarətində deyil. Cenin İordan çayının qərb sahilində İsrail qüvvələrinin girməkdə çətinlik çəkdiyi yaşayış massividir.

İslam313.info

By Admin