İtaliyanın müdafiə naziri Qvido Qrozetto “La Stampa” qəzetinə müsahibəsində bildirib ki, Ukraynaya yeni altıncı hərbi yardım paketinə artilleriya və yerüstü vəsaitlər daxil deyil. 

Nazirin sözlərinə görə, o, əvvəlki hökumətin qəbul etdiyi fərmanların məzmununu şərh edə bilməz.  

“Əvvəlki hökumətin qəbul etdiyi fərmanların məzmunundan danışa bilmərəm. Bu hökumətin qəbul edəcəyi yardım paketi artilleriya silahlarını nəzərdə tutmur”, deyə Qrozetto vurğulayıb. 

“İslam313.info”-nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, italiyalı nazir əlavə edib ki, yardım paketinin konkret məzmunu barədə ölkə parlamentinə vaxtında məlumat veriləcək.

Qvido Qrozetto həmçinin əlavə edib ki, Kiyevə yardımın həcmi Romanın özünün müdafiə imkanlarından çox olmayacaq.

İslam313.info

By Admin