Misir prezidenti Əbdülfəttah Əs-Sisi ölkəsinin şirkətlərini Azərbaycana sərmayə yatırmağa çağırıb.

“Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq. Ölkələrimiz arasındakı potensial imkanları reallaşdırmağa çalışmalıyıq”, – deyə Misir prezidenti Bakıda sahibkarlarla görüşdə vurğulayıb.

Dövlət başçısı eyni zamanda, ölkəsinin əczaçılıq, energetika, metallurgiya kimi sahələrinə Azərbaycan şirkətlərinin investisiya qoyması üçün imkanların yaradılmasını vacib hesab edir.

Öz növbəsində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov hazırda respublikada 51 Misir kapitallı şirkətin işlədiyini bildirib.

İslam313.info

By Admin