NATO-nun genişlənməsinin və keçmiş Yuqoslaviyaya hərbi müdaxiləsinin güclü tərəfdarı olan ABŞ-ın ilk qadın dövlət katibi Madlen Olbrayt xərçəng xəstəliyindən ölüb.Az.rasthaber.com xəbər verir ki, 1993-cü ildə ABŞ-ın keçmiş prezidenti Bill Klinton tərəfindən Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatında (BMT) Daimi Nümayəndəsi vəzifəsinə təyin edilən Olbrayt, daha sonra 1997-2001-ci illərdə dövlət katibi vəzifəsində çalışıb.1937-ci ildə Çexoslovakiyanın Praqa şəhərində yəhudi ailəsində anadan olan Olbrayt, çex diplomatı olan atası, nasist və kommunist rejimdən qaçdıqdan sonra 11 yaşında ABŞ-a köçən Olbraytın, ABŞ Televiziyasında yayımlanan “60 dəqiqə” proqramında, aparıcının Xirosimadan daha çox sayda, İraqa tətbiq edilən embarqo nəticəsində yarım milyon uşağın ölməsinə dəyərmi?” sualına verdiyi: “Bu çox çətin seçim idi, amma məncə buna dəyərdi“, – şəklindəki cavabı bütün dünyada əks reaksiya ilə qarşılaşmışdı.Fələstinli jurnalist və ərəb dünyası üzrə analitik Əbdül Bari Atvan ABŞ-ın keçmiş dövlət katibinin ölümü ilə bağlı tvit yazıb:”Bu gün ölən Madlen Olbraytın verdiyi açıqlamanı unuda bilmirəm. O, İraqın mühasirəyə alınmasının və bu ölkənin işğalının bir milyon iraqlı uşağın şəhid olmasına səbəb olsa belə, haqlı olduğunu söyləmişdi. Bu, bəzi ərəblərin təəssüf ki, müqəddəsləşdirdiyi Amerikanın əsl, çirkin, qaniçən simasıdır“.Xatırladaq ki, O, ölkəsində 19 avqust çevrilişində rolunu rəsmən etiraf edib, lakin rəsmi üzr istəməkdən imtina edib. 1996-cı ildə verdiyi müsahibədə o, yarım milyon iraqlı uşağın ölümünə baxmayaraq, İraqa qarşı sanksiyaları dəstəklədiyini deyib.