Rusiya heç vaxt Ukraynanı bir dövlət kimi məhv etməyi qarşısına məqsəd qoymayıb, lakin Moskva bu ölkənin rusofob diktaturaya çevrilməsi ilə də barışmayacaq.  

İslam313.info-nun “TASS”a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında bildirib.

Rusiya tərəfi Ukraynada insan haqlarının vəziyyəti ilə bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

“Hazırda Rusiya Ukraynanı bir dövlət kimi məhv etməyi qarşısına məqsəd qoymur və bunu heç vaxt qarşısına məqsəd olaraq qoymayıb. Amma sərhədlərimizin yaxınlığında rusofob və antixristian diktaturasının formalaşması ilə barışa bilmərik və barışmayacağıq”, deyə Nebenzya əlavə edib. 

İslam313.info

By Admin