Bəhreyn şiə müsəlmanlarının lideri Ayətullah Şeyx İsa Qasim dünən axşam canlı yayımda bu ölkə xalqına müraciətində bu gün Bəhreyndə keçiriləcək parlament və bələdiyyə şurası seçkilərində iştirakın vətənə xəyanət olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Şeyx İsa Qasim regionun bir çox televiziya kanalında yayımlanan bu mesajında bu gün (şənbə günü) Bəhreyndə keçiriləcək parlament seçkiləri ilə bağlı deyib:

“Bəhreyn xalqının məsuliyyəti seçkiləri boykot etməkdir və seçkilərdə iştirak etmək vətənə xəyanətdir. 

Parlamentlər rejimlərə deyil, millətə xidmət etmək üçün qurulur. Xalqa xidmət etməyən məclislər fəlakətdir. 

Seçkilərdə səs verənlər Ali-Xəlifə rejiminin ordusu və təhlükəsizlik qüvvələridir”.

Bəhreyn şiələrinin lideri sionist rejimlə münasibətlərin normallaşdırılması tərəfdarlarının seçkilərdə səs verəcəklər sırasına qoşulduğunu bildirərək bu məsələyə diqqət çəkib.

İslam313.info