İordan çayının qərb sahilində İsrail qüvvələri ilə toqquşmada azı üç fələstinli həlak olub.

Islam313.info Fələstin Xəbər Agentliyinə istinadən xəbər verir ki, İsrail qüvvələrinin hücumu və baş vermiş qarşıdurmalarda azı üç fələstinli həlak olub.

Hücum və qarşıdurmlalar Ramallah və Qüds arasında yerləşən Qalandiya düşərgəsində, Cenin və Nablus rayonlarında baş verib.

Fələstin mənbələrinin məlumatına görə cari ildə (son 12 gündə) İsrail qüvvələrinin atəşi nəticəsində yeddi fələstinli həlak olub və onlarla yaralı var.

Həmçinin əlavə edilib ki, son 12 gün ərzində 170 fələstinli İsrail qüvvələri tərəfindən həbs edilib.

By Admin